figure

GƏLİN, TƏBİƏTİN ƏN BÖYÜK HƏDİYYƏLƏRİNDƏN BİRİNİ KƏŞF EDƏK MİRVARİLƏR

Təbii mirvari əsrlər boyunca çox dəyərli sayılmış və gözəlliyin mənbəyi kimi qəbul edilmişdir. «Mirvari» sözü hətta nəfis, nadir, valehedici və dəyərli sözlərinin simvolu hesab edilir.

Mirvarilər bir parça balıqqulağı qabığı və ya qum dənəciyi kimi xarici hissəciklərin ilbizə düşərək orada qalması nəticəsində təbii olaraq yaranır. İlbiz həmin hissəciyi kənarlaşdıra bilmədikdə, təbii müdafiə vasitəsi kimi onun ətrafına sədəfdən qoruyucu örtük çəkir və beləliklə, mirvari yaranır.

Süni mirvarinin yaradılması prosesi təbii prosesdə olduğu kimidir. Dənizdən ilbizlər toplanılır və onlara xüsusi olaraq seçilmiş qıcıqlandırıcılar və ya nüvələr yeridilir. Süni mirvarini təbii mirvaridən fərqləndirən ancaq bu nüvə yaratma prosesidir. Nüvə yerləşdirildikdən sonra ilbizlər dənizə qaytarılır və bundan sonra təbii proseslər baş verir.

Mirvarilərin ayrı-ayrı aspektlərinə dair məlumat əldə etmək üçün soldakı yarlıklara vurun.

MÜKƏMMƏLLIK STANDARTLARI MIKIMOTO

Hər mirvari barmaq izi kimi fərqli və özünə məxsusdur. Bu isə, keyfiyyət sinfi standartlarına əməl edilməsini tələb edir. Süni mirvarilərin yaradıcısı olan Mikimoto bir əsrdən artıq müddətdə dənizi və ilbizləri öyrənərək yüksək keyfiyyət və uyğunluq standartlarını təmin etməkdədir.

Mikimoto süni mirvari sənayesində yeganə olan şəxsi keyfiyyət sinfi sistemini yaratmışdır. Bu sistemdə mirvarilər parıltısına, səthinə, rənginə, formasına və ölçüsünə görə növlərə bölünür. Dörd keyfiyyət sinfi mövcuddur: A, A+, AA və AAA. AAA ən yüksək keyfiyyət sinfidir. Yaradılan hər 100 mirvaridən orta hesabla üç-beş mirvari Mikimoto adını daşımağa layiq görülür.

figure
Pearl quality

MİRVARİLƏRIN KEYFIYYƏTI

Parıltı

Səthdəki işıltı, həmçinin işığın dərin, güzgüdəki kimi əks  etdirilməsi və ya «daxili işıq» mirvarinin parıltısı sayılır. Mirvarinin sədəfinin keyfiyyəti nə qədər yüksək olsa, parıltı bir o qədər çox olar. Ancaq ən parıltılı və yüksək keyfiyyətli mirvarilər Mikimoto adını daşıyırlar.

Səthin qüsursuz olması

Mirvarinin səthindəki kiçik izlər onun təbii teksturasının tərkib hissəsini təşkil edir və nadir ipəklər kimi, onun təbiətini əks etdirir. Ümumiyyətlə, mirvari nə qədər qüsursuz olsa, keyfiyyəti və dəyəri də bir o qədər yüksək olar.

Rəng

Mirvarilərdə geniş rəng yelpazəsinə rast gəlinir ki, bunlara krem rəngi, gümüşü rəng, çəhrayı, qızılı, yaşıl, mavi və qara rənglər daxildir. Seçdiyiniz rəng sizin şəxsi zövqünüzdür və dəri tonunuzu tamamlamalıdır. Hansı rəngi seçmənizdən asılı olmayaraq, həmin rəng zəngin və qüsursuz olmalı, mirvarinin dərinliyindən gəlməlidir.

Forma

Mirvari formaları arasında dəyirmi formalı mirvarilər nadir və ən dəyərli olanlardır. Damcı, oval, düymə kimi ekzotik mirvarilər, eləcə də, formasız mirvarilər də mövcuddur və unikal mirvari dizaynlarının yaradılmasında istifadə olunur.

Ölçü

Mirvarinin ölçüsü millimetr (mm) ilə ifadə olunan diametri ilə müəyyən edilir. İri mirvariləri yetişdirmək daha çətindir, çünki bu zaman, yerləşdirilmiş iri implant nüvənin ilbiz tərəfindən çıxarılacağı ehtimalı böyükdür. Akoya mirvarilərinin ölçüsü 3mm- 10mm arasında olur. Dəniz mirvarilərinin ölçüsü isə, 8mm-dən başlayır.

Pearl quality

MİRVARİLƏRIN QAYĞISINA QALMAQ

Ehtiyatlı davranılarsa, Mikimoto yetişdirilmiş mirvariləri nəsillər boyu istifadə oluna bilər. Yetişdirilmiş mirvarilər üzvi xarakterə malikdir və kimyəvi maddələrdən, tərə qarşı vasitələrdən, kosmetik və ətriyyat məmulatlarından uzaq tutulmalıdır. Çünki, bunlar mirvarinin görünüşünə ziyan vura bilər. Mirvarini zədələnməkdən qorumaq üçün onu üzərinizə ən son taxın və birinci çıxarın.

Mikimoto mirvarilərinin parıltısını qorumaq məqsədilə zinət əşyaları üçün ultrasəs təmizləyici istifadə etməyin. Məsləhət görürük ki, mirvarinin üzərindəki yağ və barmaq izi ləkələrini yumşaq parça ilə ehtiyatla siləsiniz. Mirvarinizi orijinal qutusunda və ya kisəciyində saxlamaqla, onu digər zinət əşyalarının təsiri ilə cızılmaqdan qoruya bilərsiniz. Mirvariləri uzun müddət seyfdə saxlamaq olmaz, çünki bu, mirvarinin susuzlaşmasına səbəb ola bilər. Məsləhət görürük ki, mirvarini tez-tez seyfdən çıxarasınız. Mikimoto mirvarilərində zərif ipək saplar var və bu saplar hər mirvarinin içərisində toxunub. Mirvariniz köhnəlməsə belə, onu hər il yenidən gəzdirmək lazımdır ki, ipək zəif və boş hala düşməsin.

Vaxt keçdikcə, mirvarilərin görünüşü dəyişir. Ancaq, əgər bizim tövsiyələrimizə əməl etsəniz, uzun illər Mikimoto istehsalı olan mirvarinizdən zövq ala bilərsiniz.

MİRVARİLƏRIN KRALI

Dənizdən çıxan qiymətli mirvarinin öz sirri var. Mikimoto brendinin əsasını qoymuş Kokichi Mikimoto bütün həyatı boyunca hər yerdə qadınları valeh edəcək nəfis mirvarilər yetişdirmək sənətini təkmilləşdirmək arzusu ilə yaşamışdır.

Uzun illərin səylərindən sonra o, 1893-cü ildə buna müvəffəq oldu və mirvari istehsalına başladı.

‘Mən bütün dünyadakı qadınların boynunu mirvarilərlə bəzəmək istəyirəm”, Kokichi Mikimoto öz nailiyyətindən az sonra demişdir. Kokichi mirvarilərinin nəcib gözəlliyi bütün dünyada tanındı və Mikimoto-nun qlobal brend olması ilə bu arzu reallığa çevrildi. Bu gün bazardakı mirvarilərin demək olar ki, hamısı Kokichi Mikimoto tərəfindən işlənib hazırlanmış metodla yetişdirilən mirvarilərdir.

Pearl King

TƏBİƏTİN HƏDİYYƏSİ

Təbii mirvari, adətən, dəniz midilərinin, şirin su molyusklarının, bəzən də ilbizlərin qabıqları daxilində əmələ gəlir. Təsadüfən çanağın içərisinə düşən kənar bir hissəcik ilbizi və digər adıçəkilən heyvanları qıcıqlandıraraq şirə buraxmasına səbəb olur. Həmin şirə əsasında formalaşan sədəf qat-qat yığılaraq müəyyən zaman müddətində mirvari əmələ gətirir.

Təbii mirvari üçün süd rəngindən tutmuş qaraya kimi bütün çalarlar – qızılı, sarımtıl yaşıl, boz, çəhrayı tonlar səciyyəvidir. 

Pearl King

YETİŞDİRİLMİŞ MİRVARİ

Yetişdirilmiş mirvari nə deməkdir?

"Mikimoto " şirkətinin təsisçisi Kokiçi Mikimoto 1893-cü ildə dünya ilk dəfə akoyya mirvarisinin yetişdirilməsi üzrə texnologiyanı işləyib hazırlamışdır. 1914-cü ildə isə o, Yaponiyanın Okinava adasında tarixdə ilk dəfə  qara mirvarinin (indi mirvarinin bu növü Taiti mirvarisi adı ilə tanınır) yetişdirilməsi üçün ferma yaratmışdır.

Mirvari yetişdirmək texnologiyası olduqca sadədir. Bunun üçün balıqqulağının içərisindəki molyusk kənar cisim vasitəsilə qıcıqlandırılır. Molyusk isə özünü müdafiə məqsədi ilə sədəf pərdələrini qat-qat bir-birinin üstünə yığır. Nəticədə gözəl bir inci – mirvari yaranır. 

Düzdür, uğurlu nəticə əldə etmək üçün illərlə gözləmək lazım gəlir. Təkcə onu qeyd etmək kifayətdir ki, 5 min qat sədəf mirvari dənəsinin diametrini cəmi bir millimetr artırır. Amma bütün bu əziyyətlərə dəyər. Çünki yetişdirilmiş mirvari təbiidən heç nə ilə fərqlənmir. Onları bir-birindən ayırmağın yeganə üsulu mirvari dənəsinin özəyini rentgen şüaları ilə işıqlandırmaqdır. 

Pearl King

MİRVARİNİN NÖVLƏRİ

Akoyya

Müasir zinət əşyaları alıcılarının böyük həvəs və maraqla əldə etməyə can atdıqları əsas mirvari növüdür. Akoyya mirvarisini XIX əsrin sonlarından etibarən yetişdirməyə başlayıblar. İlk uğurlu nəticəyə 1893-cü ildə Kokiçi Mikimoto nail olub. Hazırda mirvarinin bu növü Yaponiya və Çində yetişdirilir.

Akoyya mirvarilərinin 70-80 faizi əsasən yumru və yumruya bənzər formada olur.  Digər 20-30 faiz akoyya mirvarisi üçün isə Semi-baroque adlanan qəribə barokko forması səciyyəvidir. Ölçüsünə gəlincə, bu göstərici 2 mm-dən 11 mm-dək dəyişə bilər. Zinət əşyalarının hazırlanmasında daha çox diametri 6-8 mm olan akoyyadan istifadə olunur. Əsasən ağ ilə sarı, çəhrayı ilə yaşılın qarışığına, çəhrayı və maviyə çalan krem rəngində olur. Qiymətli zinət əşyaları bazarında ən zəif parlaqlığa malik akoyyadan tutmuş qığılcım kimi gözqamaşdıranınadək hər cür mirvariyə rast gəlmək mümkündür. Mirvarinin bu növü həm hamar, həm də azacıq qüsurlu səthə malik ola bilər.

Akoyya mirvari
Cənub dəniz mirvariləri

Cənub dəniz mirvarisinin yetişdirilməsində Avstraliya, İndoneziya və Filippin liderlik edir. Mirvarinin bu növünün ölçüsü 8 mm-dən 20 mm-dək olur. Onun ən geniş yayılmış forması (40-60 faiz) simmetrik oval, damcı və ya düyməni xatırladan şəkildə olur. Az-az rast gəlinən ən nadir forması isə (10-30 faiz) kürəyəbənzər və ya tam kürə şəklindədir. Cənub dənizləri mirvarisinin 20-40 faizi isə barokko formasında olur. Mirvarinin bu növü üçün ağ rəngdən tutmuş sarıya, sarı-narıncıya, mavi ilə çəhrayının və yaşılla mavinin qarışığına çalan gümüşüyədək olan müxtəlif çalarlar səciyyəvidir. 

Qara mirvari
Qızılı mirvari
Ağ mirvari
Taiti mirvarisi

Mirvarinin bu növü əsasən Fransız Polineziyası adaları ətrafında yetişdirilir. O, həmin adalardan ən nəhəngi və ən tanınmışı olan Taitinin adını daşıyır.

Taiti mirvarisinin ölçüsü 9-14 mm arasında dəyişir. Kürəşəkilli və tam kürə formasında olan mirvari ilə barokko formasında yetişdirilən mirvarinin say nisbəti, demək olar ki, eynidir – 40 faiz.  Yerdə qalan 20 faiz mirvari isə simmetrik oval, düymə və damcı şəklində olur.

Taiti mirvarisi üçün səciyyəvi olan əsas rəng çaları açıq-bozla al-qırmızının, sarımtıl yaşılın, göyümtül yaşılın, eləcə də çəhrayı, yaşıl və mavinin qarışığına çalan qəhvəyi arasında dəyişir.

Taiti mirvarisi
Şirin su mirvarisi

Akoyyadan, Taiti və duzlu suda yetişdirilən Cənub dənizləri mirvarisindən fərqli olaraq şirin su mirvarisi nohur və göllərdə yetişdirilir. Onun rəngi, forma və ölçüsü müxtəlifdir. Ölçüsü əsasən 8-20 mm arasında dəyişir.  Ən geniş yayılmış forması 40-60 faiz olaraq simmetrik oval, damcı və düyməşəkillidir. Ən az rast gəlinən isə 10-30 faiz olaraq barokko, kürə və kürəyəbənzər formalarda olan mirvaridir. Şirin su mirvarisi üçün səciyyəvi rəng ağla sarımtıl, sarı-narıncı, mavi, çəhrayı, yaşıl və mavinin qarışığına çalan krem və gümüşü tonlar arasında dəyişən rənglərdir. 

Dünya bazarında şirin su mirvarilərinin əsas tədarükçüsü Çin və ABŞ-dır.

Şirin su mirvarisi
Konx və melo

Dəyərinə görə konxu texniki baxımdan mirvariyə deyil, müstəqil hemmoloji sinfə aid etmək olar. Buna səbəb onun digər mirvari növlərinə qətiyyən bənzəməməsidir. Konx mirvarisini tapmaq şansı həddən artıq azdır. Belə ki, 10-15 min ilbiz qabığından cəmi bir ədəd konx mirvarisi çıxır. Özü də farfor parıltısı verən çəhrayı rəngli bu nadir mirvari növünü süni yolla yetişdirmək qeyri-mümkündür.   

Konx molyuskunu (Strombusgigas) Karib dənizində tapmaq olar. Müxtəlif çalarla malik olsa da, mirvarinin bu növünün zərif çəhrayı rəngdə olanı daha qiymətli hesab olunur.  Düzdür, bir vaxtlar təbiətdə çəkisi 45 karatdan da artıq olan konx mirvarisinə rast gəlinib. Lakin bu, son dərəcə nadir hadisədir. Çünki 10 karatlıq mirvarı tapmağın özü də böyük nailiyyət sayılır.

Mirvarinin melo növü zərgərlik dünyasına konxdan çox-çox sonralar bəlli olub. Konx kimi onu da süni yolla yetişdirmək mümkün deyil. Cazibədar narıncı rəngdə olan və çəkisi karatla ölçülən bu qiymətli mirvari Qərbin zərgərlik aləmi üçün yeni kəşfdir. Belə ki, melo Qərbdə 1990-cı ildə baş vermiş hadisə sayəsində məşhurluq qazanıb. Şərqdə ən dəyərli zinət əşyalarının hazırlandığı, Qərb üçün isə bu sahədə böyük bir yenilik olan mirvarinin kolleksiyaçı və zərgərlərin diqqətini cəlb etməsi tez-tez həmin olayla əlaqələndirilir. Söhbət Nyu-yorkun qiymətli daş-qaş taciri Bendcamin Zükkerin 1993-cü ildə 23 malo mirvarisini üzə çıxarmasından gedir. Bununla həmin qiymətli zinət əşyasına maraq gündən-günə artmağa başlayır. Təsadüfi deyil ki, 1997-ci ildə Smitsonovski institutunun jurnalı melo mirvarisinə böyük məqalə həsr edir.     

Mirvarinin bu növünü Myanma, Tayland, Malayziya, Vyetnam və Avstraliya sularından tapmaq olar. Ən maraqlısı isə onun molyusk deyil, iri dəniz ilbizləri tərəfindən hazırlanmasıdır. Konx kimi mirvarinin bu növünü də əsasən farfor parlaqlığına sahib olması ilə müəyyən edirlər.

Yuxarıda qeyd olunan hadisəyə baxmayaraq, melonun tarixi yüzilliklərlə ölçülür. Hələ Vyetnam imperatorlarının zamanında bu qiymətli daş hakimiyyətin ən ali rəmzi hesab olunurdu. Onun nadirliyi və o zaman emal olunaraq muncuğa çevrilməməsi mirvarinin bu növünü zərgərlik aləminin ekzotikasına və çox az insana tanış olan qiymətli tapıntıya çevirmişdi. Dünyanın aparıcı zinət əşyaları bazarlarında melo on dəfədən də az satılırdı. 

Müasir zinət əşyaları alıcılarının böyük həvəs və maraqla əldə etməyə can atdıqları əsas mirvari növüdür. Akoyya mirvarisini XIX əsrin sonlarından etibarən yetişdirməyə başlayıblar. İlk uğurlu nəticəyə 1893-cü ildə Kokiçi Mikimoto nail olub. Hazırda mirvarinin bu növü Yaponiya və Çində yetişdirilir.

Konx mirvari
Melo mirvari